Dünya
Çindən Britaniyaya sərt etiraz
Çin Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın Çinin Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı açıqlamasına görə Londona etirazını bildirib.
Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien gündəlik mətbuat konfransında Böyük Britaniyanın Honkonq üzərində heç bir hüququ və nəzarəti olmadığını bəyan edərək, qanunverici orqanda Honkonqa dair qəbul olunmuş milli təhlükəsizlik qanununun Çinin daxili işi olduğunu və Böyük Britaniya da daxil olmaqla bütün ölkələrin Çinin işlərinə müdaxiləni dayandırmalı olduğunu deyib.
"Hazırda Britaniyanın Honkonq üzərində nə hüququ, nə də nəzarəti var", - deyən Cao Licien əlavə edib ki, milli təhlükəsizlik qanunu "Bir dövlət, iki sistem" prinsipini, Honkonqun sabitliyini və inkişafını müdafiə etmək üçündür. Böyük Britaniya "Soyuq müharibə" və müstəmləkə düşüncəsindən əl çəkməli, beynəlxalq hüquqa uyğun olaraq Çinin daxili işlərinə müdaxiləyə son verməlidir.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.png)





















