Dünya
Həm sərinlədəcək, həm də "ağlı başdan alacaq"
Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi stimullaşdıracaq, nyu-yorklu fermerlərə, kraft içki və süd məhsulları istehsalçılarına istehlakçıların tələbatını ödəməyə imkan verəcək.
Qaydalara görə, dondurmada alkoqol 5 faizdən çox ola bilməz. Bu deserti 21 yaşından gənc insanlara satmaq da qadağandır.
Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır. Likör, pivə və sidrdən əlavə, dondurmanın həmçinin şərab və ağcaqayın burbonu ilə olan variantları da var.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)