Dünya
Hindistanda 7 günlük matəm elan edildi
Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin saytında yer alıb. Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.
Daha əvvəl Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind və Pranab Mukercinin oğlu Abxicit Mukerci “Twitter” hesablarında siyasətçinin vəfatı barədə məlumat veriblər. Pranab Mukerci Nyu-Dehlidə hərbi hospitalda vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı.
Pranab Kumar Mukerci ölkədə ən hörmətli siyasi xadimlərdən biri idi. 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. Həmin vaxta qədər isə Maliyyə, Müdafiə və Xarici İşlər naziri vəzifələrində çalışıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
