Dünya
ŞOK ARAŞDIRMA: ötən il 1,67 milyon insan bu səbəbdən ölüb
Hindistanda hava çirkliliyi ötən il 1,67 milyon insanın ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, ölkənin Tibbi Araşdırmalar Şurası, İctimai Səhiyyə Fondu və Boston Kolleci Səhiyyə və Kirliliyə Qarşı Qlobal Müşahidə Şurasının birgə araşdırmasının nəticələri bu istiqamətdədir.
Yekun sənədə əsasən, atmosferin çirkliliyi 36,8 milyard dollar maddi ziyan vurub.
Hindistanda ötən il qeydə alınan ölümlərin 17,8%-i məhz bu faktdan doğub. Maddi ziyan isə ölkənin ümumi daxili məhsulunun 1,36%-nə bərabərdir.
Çirkliliyə yol açan zərərli hissəciklərin səbəb olduğu xəstəlik və ölümlərin ölkənin səhiyyə sisteminə vurduğu ziyan isə 12 milyard dollardır.
Bu fakt ölkə iqtisadiyyatının 2024-cü ildə 5 trilyon dollara çatmasına əngəl olacaq.
Mütəxəssislər bildirir ki, havanın çirkliliyi uşaqların IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib 30 şəhərdən 21-i Hindistanda yerləşir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
