Dünya
Dəhşətli zəlzələ baş verdi - SUNAMİ TƏHLÜKƏSİ VAR
Bu gün Yaponiyanın şimal şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, yeraltı titrəyişlərdən dərhal sonra sunami təhlükəsi elan olunub.
Kyodo agentliyinin yaydığı məlumata görə, meteoroloqlar yeraltı təkanların episentrinin yaxınlığında yerləşən Miyaqi prefekturası sahillərində bir metr hündürlüyündə sunami ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sahil rayonlarının əhalisinə sahil xəttinə yaxınlaşmamaq tövsiyə olunur.
Zəlzələ ocağı okean dibindən 60 kilometr dərinlikdə yerləşib. Yaponiya hökumətində təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb. Miyaqi prefekturasından keçən sürət qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)