Dünya
Süveyş kanalında GƏRGİNLİK: 321 gəmi keçid növbəsi gözləyir
Nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə keçirdiyi mətbuat konfransında məlumat verib.
Jurnalistlərə bildirilib ki, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin altından və ətrafından 90 min ton ballast suyu təmizlənib. Misir rəsmisi əlavə edib ki, insidentin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş verən güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.
Misir Prezidentinin tapşırığına əsasən kanalın açılması işlərinə nəzarət edən Baş nazir Mustafa Mədbuli yardım təklif edən ölkələrə təşəkkür edərək bildirib ki, təmizləmə işləri uğurla davam etdirilir. Burada artıq 14 yedək gəmisi “Ever Given”in tezliklə yola salınması üçün əsas işləri görür. Bununla belə, Misir rəsmisi Süveyş kanalının açılacağı dəqiq tarixi söyləməyib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
