Dünya
Süveyş kanalında gəmilərin hərəkəti BƏRPA OLUNDU
Altı günlük fasilədən sonra Süveyş kanalında hərəkət bərpa olunub.
Publika.az TASS-a istinadla xəbər verir ki, Bakı vaxtilə saat 22.00 radələrində ilk gəmilər kanal vasitəsilə Aralıq dənizinə daxil olublar.
Hazırda 400-dən çox gəminin kanalın qarşısında növbə gözlədiyi bildirilir.
Kanal idarəsinin rəisi Usama Rabianın sözlərinə görə, səhərədək 113 gəminin kanaldan keçməsi planlaşdırılır.
Bir neçə günə isə kanal ətrafındakı tıxacın aradan qaldırılacağı gözlənilir.
Xatırladaq ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan gəmi Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda saya oturaraq hərəkəti tam məhdudlaşdırıb. Bu gün səhər saatlarında “Ever Given” kanalda ilişdiyi yerdən çıxarılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
