Dünya
Dünyanın gözü oradadır: 800-dən çox insan itkin düşüb
Mozambikin Kabu-Delqadu əyalətinin kiçik Palma şəhərinə radikal "islamçı" qruplaşma üzvlərinin bir neçə gün bundan əvvəl baş vermiş hücumundan sonra yüzlərlə insan itkin düşmüş hesab edilir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə yerli fəal bildirib.
İtənlərin axtarışı ilə məşğul olan yerli könüllü Coana Martins qeyd edib ki, səkkiz yüzdən çox insan hələ də itkin düşmüş hesab edilir.
Silahlı qruplaşma üzvləri ötən cümə günü şəhər saatlarında Palma şəhərinə hücum edərək nəzarəti tam ələ keçiriblər. Bir sıra yerli sakinlər silahlılardan qaçaraq ən yaxın meşələrdə gizlənib. BMT-nin humanitar məsələlərinin koordinasiyası üzrə idarəsi bildirib ki, hücum ərazidə humanitar vəziyyət üzrə "ekstremal təhlükə"yə səbəb olur.
Təşkilata bir neçə mənbə tərəfindən daxil olmuş informasiyaya əsasən döyüşlərin gedişatında onlarla insan öldürülüb. Qeyd edilir ki, qruplaşma üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar davam edir.
Palmanı minlərlə sakin, o cümlədən 2 min əcnəbi işçi tərk edib. Palma və onun ətrafında təxminən 50 min insan yaşayır. Onlardan bir çoxu qayıqlarla Mozambikin cənubuna və Tanzaniyaya qaçıblar.
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı






.jpg)
.jpg)























