Dünya
Güclü yağış Yaponiyanı iflic etdi: ölən və itkin düşənlər var
Yaponiyada son üç sutkada davam edən güclü yağışlar nəticəsində Naqasaki prefekturasında bir nəfər həyatını itirib, daha iki nəfər isə itkin düşüb.
Publika.az xəbər verir ki, güclü yağışların əmələ gətirə biləcəyi torpaq sürüşmələri və daşqınlarla əlaqədar ölkənin cənub-qərbində yerləşən Naqasaki, Saqa və Hiroşima prefekturalarının 1 milyon 200 mindən çox sakininə təxliyə xəbərdarlığı göndərilib.
Həmin regionlarda ən yüksək – beşinci dərəcə təhlükə xəbərdarlığı elan edilib. Son üç sutka ərzində həmin rayonlarda təqribən 800 millimetr yağıntı düşüb ki, bu da normadan üç dəfə çoxdur.
Fəlakət zonasında axtarışların aparılması və leysan yağışların nəticələrinin aradan qaldırılmasına kömək üçün Yaponiya özünümüdafiə qüvvələrinin 160 hərbiçisi göndərilib.
Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına görə, Yaponiyanın cənub-qərb regionlarında güclü yağıntılar hələ bir neçə gün davam edəcək.
-
İdman06:46Yamal “Barselona”nın məşqini buraxdı - Səbəb nədir?
-
Magazin106:16"O həyasız da elə bilir deməyə sözüm yoxdur"
-
Yaxın Şərq05:45İsrail “Hizbullah”ın komanda mərkəzlərini vurdu
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi































