Dünya
Misir kosmosa 4 yeni peyk göndərəcək
Misirin Kosmik Agentliyi gələn il kosmosa 4 rabitə və elmi tədqiqatlar peyki göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə agentliyin icraçı direktoru Məhəmməd əl-Kosi rəsmi MENA agentliyinə müsahibəsində bildirib.
Agentliyin rəhbəri qeyd edib ki, Misir hökumətinə kosmosdan dinc və elmi-texnoloji məqsədlərlə istifadə haqqında yeni strategiya təqdim olunub. Bu sənədə əsasən, Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq şəraitində yerli kosmik texnologiyaların istehsalı, uyğun elmi tədqiqatların aparılması nəzərdə tutulur. 2022-ci ilin mayında isə yapon mütəxəssislərinin iştirakı ilə Misirin yerli universitetlərində yığılacaq “EgSAcube-3” peykinin kosmik fəzaya göndərilməsi nəzərdə tutulur. Bunun ardınca, alman şirkətləri ilə birlikdə istehsal ediləcək “NEXSAT” peyki buraxılacaq. Bu kiçik kosmik peykin ağırlığı 65 kiloqram olacaq. Yapon və alman mütəxəssisləri bu aparatlarda mikrokameralar quraşdıracaq. Peyklər Beynəlxalq Kosmik Stansiyadan 450 kilometr aralıda kosmik fəzaya buraxılacaq və 1 il fəaliyyət göstərəcəklər.
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU































.jpg)




