Dünya
Bu ölkələr tezliklə Yer üzündən YOX OLACAQLAR - VİDEO
Video əlavə olunub.
xxx
Qlobal istiləşmə səbəbilə buzların əriməsi və dəniz səviyyəsinin qalxması nəticəsində bir neçə ada dövləti yox olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Express" qəzeti yazır .
İqlim dəyişikliyindən təsirlənə biləcək ərazilərə Kiribati, Tuvalu və Marşal adaları daxildir .
Ekoloji qeyri-hökumət təşkilatlarının qlobal şəbəkəsinin Kiribatidəki İqlim Fəaliyyəti Şəbəkəsinin koordinatoru Peleniza Alofa BMT-nin Qlazqoda keçirilən sammitinin söylədiyi kimi - bu hadisə ada ölkəsi üçün çox vacibdir. O xatırladıb ki, dəniz səviyyəsinin qalxması və güclənən tropik tufanlar regionda insanların həyatı və kənd təsərrüfatı üçün təhlükə yaradır.
"Söhbət birdəfəlik hadisələrdən getmir. Bu, evlərimizi tamamilə əhatə edən təbii hadisədir", - deyə Alofa bildirib.
Alimlər qlobal istiləşmənin mənfi təsirlərini yumşaltmaq üçün Yer kürəsində temperatur artımının selsi üzrə 1.5-dən 2 dərəcə qədər məhdudlaşdırılmasının zəruriliyini dəfələrlə qeyd ediblər. 2015-ci ildə 190-dan çox dövlət bu məqsədə nail olmaq üçün konkret fəaliyyət planını nəzərdə tutan Paris Sazişini imzalayıb. Sənəd mədən yanacaqlarından tamamilə imtina etməyi nəzərdə tutmur, lakin ölkələr istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçmək üçün tədbirlər görməlidir.
Hüseyn
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























