Dünya
Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı
Əfqanıstanın şərqindəki Lağman vilayətində "Taliban" əleyhdarlarının silahlı qruplaşması hərəkata qarşı mübarizəyə başladığını elan edib.
Publika.az "Interfax"a istinadla xəbər verir ki, silahlı qrup Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsini ( FNS ) dəstəkləyir .
"Mücahidlər, hüquq və azadlıq döyüşçüləri ölkədə ədalətin bərqərar olması və işğala son qoymaq üçün Lağman vilayətində partizan aksiyalarına və döyüşlərə başlayıblar", - deyə bəyanatda bildirilir.
Oktyabr ayında Əfqanıstan Milli Konqresi Partiyasının sədri Əbdül Lətif Pedram Əfqanıstanda müqavimət qüvvələrinin "Taliban"a qarşı partizan müharibəsini davam etdirdiyini açıqlamışdı. O, deyib ki, müqavimət Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ dərələrinə və təpələrə nəzarət edir, lakin keçidin özü radikalların nəzarətindədir.
Avqustun 15-də hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirib ki, "Taliban" Kabilin bütün ərazilərinə nəzarəti ələ keçirib və Əfqanıstanın paytaxtında təhlükəsizlik vəziyyətini tam nəzarətə götürüb.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
