Dünya
Bəşəriyyəti məhvdən xilas edə biləcək "MAĞARA ŞƏHƏRİ": çıxış yolu ancaq budur...
"Dezeen Redesign the World"un finalçısı Dennis Kristian Şmidt bəşəriyyətin özünü iqlim dəyişikliyindən qoruya biləcəyi yeraltı şəhər tikməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Dezeen” nəşri məlumat yayıb.
Şmidt sözügedən təşəbbüsü "Mağara Şəhəri" ("Cave City") adlandırıb. Bu, gölün ətrafında, yerin bir neçə on metr dərinliyində yerləşən böyük yaşayış massivləri kompleksidir. Binaların memarlığı Kolizeyə bənzəyəcək. Tavanların havalandırma sistemi ilə təchiz edilməsi planlaşdırılır. Beləliklə, insanlar məhsul yetişdirə biləcəklər. Vətəndaşlar rayonlarda metro ilə səyahət edəcəklər.
Layihə müəllifinin fikrincə, iqlim problemləri, o cümlədən təbii fəlakətlər insanları yaşamaq üçün yeni yerlər axtarmağa məcbur edə bilər:
"İqlim dəyişikliyi və bunun nəticəsində təbii fəlakətlərin sayının artması bizi həyat üçün alternativ məkanlar axtarmağa məcbur edəcək. Şəhərləri tufanlardan, tornadolardan və temperaturun yüksəlməsindən qorumaq lazımdır", - deyə Şmidt izah edib.
2021-ci ilin sentyabrında danimarkalı memar və BIG qurucusu Byarke İnqels, sahibkar Mark Lore ilə birlikdə ABŞ səhrasının ortasında "Telos" adlı yeni şəhər tikmək qərarına gəlib. Beş milyon insan 150 min akr (60,7 min hektardan çox) ərazidə yaşaya biləcək.
Hüseyn
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























