Dünya
Məşhur brend xəz dəridən imtina etdi
İtaliyanın lüks brendi “Dolce & Gabbana” 2022-ci il kolleksiyalarında təbii xəzdən istifadəni dayandıracaq, şirkət istehlakçıların zövqünün dəyişməsinə cavab olaraq süni xəzə keçəcək.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dolce & Gabbana” heyvanların xəzindən istifadə etməyən gələcək yaratmaq uğrunda çalışır.
“Dəb sistemi sosial məsuliyyətdə böyük rol oynayır, buna görə onu təşviq etmək lazımdır”, – deyə şirkətin kommunikasiyalar və marketinq direktoru Fedele Usai söyləyib.
Onun sözlərinə görə, brend öz kolleksiyalarında innovativ materialları birləşdirəcək və ekoloji cəhətdən təmiz istehsal proseslərini inkişaf etdirəcək.
Daha əvvəl digər italyan brendləri də təbii xəzdən istifadədən imtina etdiklərini açıqlamışdı: “Armani”, “Gucci”, “Prada”, “Moncler”, “Valentino” və “Versace”.
Qeyd edək ki, 2021-ci ildə İtaliya hökuməti xəz dəri üçün xəzli heyvanların yetişdirilməsini rəsmi olaraq qadağan edib.
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA





























.jpg)



