Dünya
Almatıda mitinq başa çatdı - YENİLƏNDİ
Almatının mərkəzində Yanvar hadisələri qurbanlarının xatirəsinə keçirilən mitinq insidentsiz başa çatıb.
Publika.az xəbər verir ki, razılaşdırılmamış mitinq təxminən 3 saat davam edib.
Aksiya iştirakçıları çıxışlarında Yanvar hadisələrinin şəffaf araşdırılmasına çağırış ediblər, məhbuslara işgəncələrə son qoyulmasını, günahsız vətəndaşların istintaq təcridxanalarından azad edilməsini tələb ediblər.
Hakimiyyətlə razılaşdırılmasa da, polis mitinqə müdaxilə etməyib.
xxx
Almatının mərkəzində Yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunan hakimiyyət tərəfindən razılaşdırılmamış mitinq başlayıb.
Publika.az">Publika.az xəbər verir ki, mitinq hazırda Respublika meydanında keçirilir.
“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçıları “Xalq terrorçu deyil” yazısı olan pankart qaldırıblar və müstəqillik abidəsinin üzərində Yanvar hadisələri zamanı həlak olanların siyahısını düzəldiblər. İnsanlar hazırda meydana gəlməyə davam edirlər.
Ərazi nəqliyyat vasitələrinin və vətəndaşların keçidi üçün açıqdır. Polis əməkdaşları başlayan mitinqi izləyir, lakin onun keçirilməsinə mane olmurlar.
Bundan əvvəl bir sıra siyasi fəallar qazaxıstanlıları ölən şəxslərin xatirəsini ehtiramla yad etmək üçün bazar günü Respublika meydanına gəlməyə və kütləvi iğtişaşlarda iştirakda şübhəli bilinən məhbusların ədalətli araşdırılmasını tələb etməyə çağırmışdılar. Qazaxıstan qanunvericiliyində mitinqlərin keçirilməsi üçün bildiriş prosedurunun nəzərdə tutulmasına baxmayaraq, aksiyanın təşkilatçılarına bildirilib ki, şəhərin mərkəzi meydanı belə tədbirlər üçün nəzərdə tutulmayıb.
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi

































