Dünya
Putin orduya TAPŞIRIQ VERDİ: qondarma DXR və LXR-də...
Rusiya prezidenti Vladimir Putin hüquqi informasiya portalında dərc olunan fərmanlara əsasən ökənin silahlı qüvvələrinə qondarma DXR və LXR-də sülhün qorunmasını təmin etməyi tapşırıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Luqansk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, bu fərmanın 3-cü bəndində göstərilən saziş bağlanana qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının ərazisində sülhün qorunmasını təmin etsin”, - LXR haqqında fərmanın 4-cü bəndində deyilir.
Qeyd edək ki, DXR haqqında fərmanda da oxşar bənd var.
Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma DXR və LXR ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. LXR və DXR-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
