Dünya
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyəti açıqladı
Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 2500-ə yaxın hərbi obyekti məhv edib.
Publika.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 87 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 124 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radiolokasiya stansiyası var" - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya və minaatan, 634 xüsusi təyinatlı hərbi texnika, eləcə də 81 pilotsuz uçuş aparatı da məhv edilib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO






























.jpg)


