Dünya
Rusiya-Ukrayna müharibəsində SON DURUM
“Ukrayna xalqı Rusiyanın hərbi müdaxiləsinə 35 gündür müqavimət göstərir. Rusiya Silahlı Qüvvələri Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb”.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı əməliyyat məlumatında bildirilib.
Qeyd edilib ki, 4-cü bazadan Ukraynaya 3 zirehli texnika, 1 osetin və 1200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib: “Zaporojye və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir. Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq”.
Məlumatda deyilir ki, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır: “Rusiyanın 47-ci tank diviziyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar. Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankını, 7 zirehli texnikasını, 2 avtomobilini və tankəleyhinə silahını məhv edib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































