Dünya
Yunan-rum rəhbərliyi həyata keçməyən arzular arxasınca qaçır - Tatar
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezident Ersin Tatar EOKA terror təşkilatının 1955-ci il aprelin 1-də silahlı hərəkətlərə başlamasını dəyərləndirərək, xalqı terror təşkilatlarının insafına buraxmasının mümkün olmadığını vurğulayıb.
Publika.az xəbər verir ki, Ersin Tatar EOKA terror təşkilatının 1 aprel 1955-ci ildə silahlı hərəkətlərə başlamasının 67-ci ildönümü münasibətilə açıqlama verib. Kipri yunan adası etmək üçün 67 il əvvəl silahlı hərəkətlərə başlayan yunan-rum rəhbərliyinin zehniyyətinin hələ də dəyişmədiyini bildirən Tatar, “Görürük ki, həyata keçməyən arzuların arxasınca qaçırlar”, deyib.
Tatar açıqlamasında bu ifadələrə yer verib:
“İlk bəyanatında məqsədini “Türk ulusunun bir uzantısı olan Kıbrıs türklərini adadan qovmaq və Enosisi həyata keçirmək” olaraq bəyan edən EOKA terror təşkilatı silahlı hərəkətlərə başlayarkən Kıbrısı qan gölünə çevirdi və qırğınlarla və ağrılarla dolu bir dövr başladı. EOKA terror təşkilatı əvvəlcə ingilisləri hədəfə alırdısa, qısa zamanda Kipr türklərinə də hücum etməyə başladı.
1955-1958-ci illərdə şəhərlərdəki türk bölgələri, türk kəndləri, müqəddəs və dini yerlərimiz EOKA-nın hücumlarına məruz qalarkən, müdafiəsiz vətəndaşlarımız da qətlə yetirildi. Bu hücumlara qarşı KiprTürk xalqını müdafiə etmək məqsədi ilə Türk Müqavimət Təşkilatı (TMT) quruldu. TMT-nin dirənişi ilə KiprTürk xalqının bərabər qurucu ortağı olduğu Kipr Cümhuriyyətinə ulaşıldı. Kipr Cümhuriyyətini “Enosis üçün tramplin” hesab edən Kipr rum rəhbərliyi, Akritas Planına uyğun olaraq 21 dekabr 1963-cü ildə Qanlı Milad hücumlarına başladı. Məqsəd yenə də Kıbrıs türk xalqını məhv etmək və Kipri yunan adası etmək idi. Kipr Cümhuriyyəti silah gücünə yunan dövlətinə çevrilərkən 1963-1974-cü illərdə yüzlərlə kəndimiz hücuma məruz qalmış, minlərlə insanımız köç etmək məcburiyyətində qalmış, xalqımız soyqırıma məruz qalmışdır. Bu qırğınların və vəhşiliklərin məsuliyyəti EOKA terror təşkilatını yaradan və dəstəkləyən rum rəhbərliyi və Yunanıstandır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
