Dünya
Yaponiya dünya ölkələrinə səsləndi
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Ukrayna ətrafında yaranmış vəziyyət və sanksiyaların tətbiqi fonunda Rusiyadan gətirilən və dəyişdirilməsi çətin olan 7 mal müəyyən edib.
Publika.az">Publika.az TASS-a istinadən xəbər verir ki, idarənin tərtib etdiyi siyahıya neft, kömür, mayeləşdirilmiş təbii qaz, yarımkeçiricilərin istehsalında istifadə olunan qaz, palladium, polad istehsalı üçün ferroərintilər və paslanmayan polad istehsalı üçün ferroərintilər daxil edilib.
Nazirlik Yaponiyanın bu malların Rusiyadan tədarükündən asılılığının çox yüksək olduğuna diqqət çəkib. Tokio digər idxalçı ölkələri bu məhsulların istehsalını artırmağa çağırıb. Agentliyin məlumatına görə, ölkə Rusiya neftinin idxalından 3,6 faiz, maye qazdan isə 8,8 faiz asılıdır.
Rusiyadan palladium idxalı ölkənin ümumi idxalının 43 faizini təşkil edir. Xatırladaq ki, martın 25-də Yaponiya Xarici İşlər Nazirliyi ölkənin Rusiyaya qarşı sanksiyalarını genişləndirdiyini açıqlayıb. Yeni məhdudiyyətlər paketinə 25 rus və 81 təşkilat daxildir. Sanksiya siyahısına Kremlin sözçüsü Dmitri Peskov və onun həyat yoldaşı Tatyana Navka, VEB.RF dövlət inkişaf korporasiyasının sədri İqor Şuvalov, “Severstal”ın rəhbəri Aleksey Mordaşov daxil edilib.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)