Dünya
Oskar mükafatları gecəsinin menyusunda Türk mətbəxi - FOTO
Martın 27-də Los-Ancelesdə keçirilən 94-cü Oskar Mükafatlarının təqdimat mərasimindən sonra dünyaca məşhur kino ulduzları və prodüserlərin qatıldığı ziyafətdə builki menyuda türk yeməkləri də yer alıb.
Publika.az">Publika.az xəbər verir ki, 1995-ci ildən bəri keçirilən mükafatlandırma ziyafətinin menyusuna Qara dəniz çörəyi (pide) və qaymaqlı ərik qurusu şirniyyatı da daxil edilib.
Dünyaca məşhur Oskar dünyanın ən nüfuzlu mükafatlandırma mərasimlərindən biridir. 94-cü mükafatlandırma mərasimi Los-Ancelesdəki “Dolby” teatrında keçirilib. Mərasimdən sonra verilən ziyafətdə türk mətbəxi dünya şöhrətli kino ulduzları, sənətçilər və iştirakçılarda xoş təəssürat yaradıb.
1995-ci ildən Oskar gecələrinin menyularını hazırlayan dünya şöhrətli aşpaz Volfqanq Pakın builki ziyafət menyusuna Qara dəniz çörəyi (Qara dəniz pidesi) və qaymaqlı ərik qurusu şirniyyatı daxil edilib. Hər ikisinin dadına məşhurlar tərəfindən ilk dəfə baxılıb və yeməklər çox bəyənilib.
“Türk mətbəxi ənənəvi reseptləri və orqanik məhsulları ilə dünyanın ən zəngin mətbəxlərindən biridir. Türk mətbəxində kəşf ediləcək çox sayda resept və məhsul var. Türkiyənin yeddi bölgəsinin hamısı ləzzət, tarix və mədəniyyətlə doludur. Türkiyədə görməyə dəyər və ləzzətli yeməkləri olan bir çox şəhər var. Ailəm və mən hər yay Türkiyəyə səfər etməkdən zövq alırıq”, - Volfqanq Pak deyib.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR













.jpg)
.jpg)


.jpg)




















