Dünya
Rusiyada BÖYÜK GƏRGİNLİK: Putinin keçmiş köməkçisi həbs edildi
Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Vladislav Surkov Rusiyada həbs edilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sabiq deputatı İlya Ponomarev özünün "Facebook" səhifəsində yazıb.
Məlumat üçün qeyd edək ki, saxlanılan Vladislav Surkov sadəcə keçmiş deputat olmaqla yanaşı, həm də Rusiya prezidenti Vladimir Putinin köməkçisi olub.
“Güləcəksiniz, amma Vladislav Surkovun həbsi barədə bizə Rusiyanın "z-mənbələri" məlumat verdi. Vladislav Surkov ev dustaqlığındadır. 2014-cü ildən Donbasda baş verən oğurluqla bağlı araşdırmalar davam edir”, - İlya Ponomarev yazıb.
Onun sözlərinə görə, Surkov Donetski və Luqanksi “respublikalarında” real vəziyyəti hələ də bilir: “Orada geniş əlaqələri var, həmçinin rusiyalı Donbas veteranları ilə də yaxındır”.
“Surkov hər zaman Kadırova kifayət qədər yaxın olub və görünən odur ki, akademik çox şeyi özü icad etmir, Vladislav Yuriçin göstərişlərinə əməl edir. Biz Surkovun həbsi ilə bağlı məlumatın təsdiqini və ya təkzibini gözləyirik”, - Ponomarev bildirib.
Xatırladaq ki, Donbas döyüşçülərinin Kremldə koordinatoru hesab edilən Vladislav Surkov 2020-ci il fevralın 18-də tutduğu vəzifədən azad edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

































.jpg)
.jpg)
