Dünya
Bu ölkə Ukraynadakı hadisələri soyqırımı kimi TANIDI
Kolumbiya Prezidenti İvan Duke Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı adlandırıb.
Publika.az">Publika.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırımı adlandıran ABŞ Prezidenti Co Baydenlə razılaşıb-razılaşmadığı soruşulduqda Duke belə cavab verib: “Ukraynada baş verənlər soyqırımıdır və buna son qoyulmalıdır. Bu dəlilikdir”.
İvan Duke bildirib ki, Kolumbiya Rusiyaya qarşı sanksiyaların yaratdığı problemlərdən sonra Qərb ölkələrinin enerji resursları ilə təmin edilməsində əsas rol oynamağa hazırdır. “Kolumbiya problemin həllinə töhfə verə bilərmi? Bəli” - deyə o qeyd edib.
Duke Kolumbiyanın hasilatı artırmağa hazır olacağı üç sahəni sadalayıb: “Adi neft və qaz hasilatı, təmiz hidrogen kimi bərpa olunan enerji mənbələri və kömür”.
Prezident həmçinin bildirib ki, Boqota Almaniyaya kömür tədarükünü artıracaq. Bu qərar onun Almaniya kansleri Olaf Şolzla telefon danışıqlarından sonra qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın Ukraynadakı cinayətlərinin soyqırımı olduğunu demişdi. Onun ardınca Kanadanın Baş naziri Castin Trudo da Rusiyanı soyqırımında ittiham edib.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland CNN telekanalına müsahibəsində deyib ki, ABŞ yüksək ehtimalla Ukrayna xalqına qarşı törədilən cinayətləri soyqırımı kimi tanıyacaq, sadəcə proseduru həyata keçirmək üçün zaman lazımdır.
Ukrayna xalqına qarşı törədilmiş cinayətləri yerində öyrənmək üçün oraya səfər edən Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Tribunalı) sədri Karım Xan isə qeyd edib ki, məhkəmə mütəxəssisləri cinayətlərlə bağlı faktlar toplamaqdadır.
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































