Dünya
Saakaşvilinin səhhəti pisləşdi: "Ayaqları sıradan çıxmağa başlayıb"
Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin səhhətində problemlər yaranmağa başlayıb - onun dilinin artikulyasiyası pozulur, ayaqları isə sıradan çıxmağa başlayıb".
Publika.az“Ukrinform”-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.
O, Ukrayna Prezidenti yanında Milli İslahat Şurasının icraiyyə komitəsinin sədri, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən narahatdır:
"O, Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında həkimdən kömək istəyib. Dilinin artikulyasiyası pozuldu və ayaqları imtina etməyə başladı".
Onun sözlərinə görə, Saakaşvili praktiki olaraq yemək yeyə bilmir, nəticədə o, təxminən 12 kiloqram arıqlayıb və daim zəiflik və yuxusuzluq hiss edir.
Ukrayna ombudsmanının sözlərinə görə, ötən ilin dekabrından müstəqil həkimlərin Saakaşvilinin saxlanıldığı Rustav cəzaçəkmə müəssisəsinə girişinə qadağa qoyulub.
Denisovanın sözlərinə görə, bu, Gürcüstanın Xalq Müdafiəçisinin tələbi ilə toplanan həkimlər şurasının müəyyən etdiyi düzgün müalicənin olmamasından xəbər verir ki, bu da işgəncəyə bərabərdir.
“Mən Gürcüstan hakimiyyətini Saakaşviliyə lazımi tibbi yardım göstərməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıram. Xüsusilə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın üçüncü maddəsinə əsasən, heç kim işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya əlavə cəzaya məruz qala bilməz”, - deyə o bildirib.
Denisova onu da əlavə edib ki, məhkəmə zalında Saakaşvili Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının nəticələrindən narahat olduğunu, orada olmaq və qəhrəman Ukrayna xalqına kömək etmək istədiyini bildirib.
Xatırladaq ki, Saakaşvil 8 illik fasilədən sonra vətənə qayıtdıqdan sonra oktyabrın 1-də Gürcüstanda saxlanılıb.
-
İdman09:24Uşaq sığınacağından təsirli görüntü: "Qarabağ"ın oyununa baxmaq üçün... - VİDEO
-
Ekopublika.az09:00"Bitcoin"in qiyməti 1 milyon dollara çatacaq - Proqnoz
-
Hadisə08:15Xəzərdə zəlzələ oldu
-
Magazin207:55Conni Depp bu xəbərlə pərəstişkarlarını sevindirdi
-
Ekopublika.az06:16Maaşlarla bağlı ŞAD XƏBƏR
-
İdman05:15LGBT ilə bağlı Misirdən etiraz gəldi: İran susur
-
Qoroskop02:00Günün ulduz falı: Xoş xəbər alacaqsız
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?


























.jpg)






