Dünya
Türkiyədə terrorçularla ATIŞMA: zabit şəhid oldu, çavuş yaralandı
"Eren Abluka-5" əməliyyatı çərçivəsində Cudi dağı bölgəsində terrorçularla atışma baş verib.
Publika.az "TRT Haber" verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, terrorçularla qarşıdurma zamanı jandarma leytenantı İsmayıl Can Akdeniz şəhid olub və çavuş Uğurcan Çakıcının isə yaralanıb.
Nazirliyin məlumatına görə, Şırnak Jandarma Bölgə Komandanlığının koordinasiyasında olan Cudi dağı bölgəsində həyata keçirilən əməliyyatda terror təşkilatı üzvləri ilə qarşıdurmada 2 terrorçu məhv edilib.
"Ağır yaralanan Jandarma leytenantı İsmayıl Can Akdeniz təyyarə ilə Ankara Gülhane Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və bütün cəhdlərə baxmayaraq şəhid olub. Yüngül yaralanan çavuş Uğurcan Çakıcının müalicəsi xəstəxanada davam etdirilir. Şəhidimizə Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik. Sağ olun", - nazirlikdən bildirilib.
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər


































.jpg)
.jpg)

.jpg)