İdman
Sabiq hücumçu həbs edilə bilər
İngiltərə çempionatının dördqat qalibi Rahim Sterlinq təhlükəli avtomobil idarə etməkdə ittiham olunur. İngiltərə millisinin sabiq hücumçusunu bu ittiham üzrə iki ilədək həbs cəzası gözləyə bilər.
Publika.az-ın məlumatına görə, bu barədə “The Sun” qəzeti yazıb.
Məlumata əsasən, 31 yaşlı futbolçuya azot oksidini saxlamaq və analiz verməkdən imtina ilə bağlı da ittihamlar irəli sürülüb.
2026-cı ildən Niderlandın “Feyenoord” klubunda çıxış edən Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal”ın formasını geyinib.
O, “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu olub, beş dəfə Liqa Kubokunu və bir dəfə İngiltərə Kubokunu qazanıb. Sterlinq İngiltərə millisinin heyətində isə 2021-ci ildə Avropa çempionatının finalında iştirak edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi

































