Dünya
Rusiya kəşfiyyat təyyarəsi İsveçin hava məkanını POZDU
Aprelin 30-da Rusiyaya məxsus "An-30" hava müşahidə və fotoqrafiya təyyarəsi İsveçin hava məkanına soxulub. Ölkə hakimiyyəti dünyadakı vəziyyəti nəzərə alaraq hadisəni təhlükəli adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
“Cümə günü axşam saatlarında Rusiyaya məxsus "An-30" pərvanə ilə idarə olunan təyyarə İsveçin hava məkanını pozub”, - İsveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiya təyyarəsi ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən izlənilib və onun fotosu çəkilib. Uçuş İsveç hava məkanına doğru getməzdən əvvəl Baltik dənizində Danimarka adası olan Bernholmdan şərqdə izlənilib.
İsveçin müdafiə naziri Peter Hultkvist Rusiya təyyarəsinin ölkənin hava məkanını pozmasını qəbuledilməz adlandırıb. O, təhlükəsizlik vəziyyəti fonunda insidenti yersiz adlandırıb.
"İsveç suverenliyinə həmişə hörmət edilməlidir", - müdafiə naziri yekunlaşdırıb.
Xatırladaq ki, martın sonunda göyərtəsində nüvə silahı olan dörd Rusiya döyüş təyyarəsi İsveçin hava məkanını pozmuşdu .
Qeyd edək ki, bu yay Avropa Rusiyanın Alyans ölkələrindən birinə təcavüzünü dəf etmək üçün Soyuq Müharibədən sonra ən böyük NATO təlimlərinə ev sahibliyi edəcək .
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

















.jpg)













.jpg)

