Dünya
Yüksək hava çirkliliyinə görə məktəblər bağlanıb - Tehranda
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyinə görə ibtidai siniflər bağlanıb.
Publika.az">Publika.az İran mətbuatına istinadən xəbər verir ki, Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlamalar verib.
Mələki dünən verdiyi açıqlamada qeyri-sağlam hava şəraiti ilə əlaqədar fövqəladə hallar komissiyası yaradıldığı və komissiyasının qərarına əsasən məktəbəqədər, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin tətilə buraxıldığı bildirilib.
Paytaxtda hava çirkliliyinin səhər saatlarından etibarən 201 mikroqram/kubmetr səviyyəsində müəyyən edildiyini bildirən Mələki, orta məktəb və lisey şagirdlərinin də çöldə idman etməsinin qadağan edildiyini qeyd edib.
Qeyd edək ki, şəhərdə əhalinin sıxlığı, həmçinin köhnə model avtomobillərin və geniş istifadə olunan motosikletlərin işlənmiş qazları Tehranda havanın çirklənməsini artıran amillərdəndir.
Xatırladaq ki, dünyanın hava çirkliliyi reytinqində ilk 3 şəhər arasında yer aldığı bildirilən Tehranda bu səbəbdən məktəblər tez-tez tətil edilir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

