Ermənilər Qarabağdakı separatçılardan imtina edir - FOTO
Bizi izləyin

Dünya

Ermənilər Qarabağdakı separatçılardan imtina edir - FOTO

Ermənistanda müxalifətin qondarma “arsax”ın “əski parçası”nı müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə ermənilərin özləri etiraz edir.

Publika.az xəbər verir ki, müxalifətin aksiyaya başladığı ilk günlərdə “Fransa meydanı”nda separatçıların “əski parçası”nı cırmışdılar. Daha sonra parlamentdə Seyran Ohanyanın “əski parçasını” tribunada sərgiləməsinə Paşinyanın deputatları “əski parçasını” götürdülər. Bu foto isə İrəvanda binaların birinin liftində çəkilib. Müxalifəti dəstəkləyənlər “əski parçasını” liftə yapışdırsalar da, elə yerli sakinlər tərəfindən üzəri cızılıb.

Ermənistanda əhalinin müəyyən hissəsi (son seçkilərdə Paşinyanın 50 faizdən çox səslə qalib gəlməsi bunun böyük say olduğunu deməyə əsas verir) Qarabağ yükündən tamamilə azad olmaq istəyirlər və artıq bunu əməli şəkildə büruzə verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm