Dünya
Çavuşoğlu 15 il sonra İsrailə getdi, Lapid dönər-kabab istədi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə rəsmi səfər edib.
Publika.az xəbər verir ki, bu səfər son 15 ildə iki ölkə arasında bir ilkdir.
İsrail və Türkiyə arasında pisləşən münasibətlər son dövrlər normallaşır. Çavuşoğlunun 15 ildən sonra etdiyi səfər də bunun nümunəsi hesab edilə bilər.
Türkiyə xarici işlər naziri israilli həmkarı Yair Lapidlə görüşüb. Daha sonra mətbuat konfransı keçirilib.
İsrailin xarici işlər naziri iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafından bəhs edib. Bu gün yeni mərhələnin başlandığını açıqlayıb.
Çavuşoğlu da iki ölkə arasında münasibətlərin normallaşması prosesindən, bundan sonra atılacaq addımlardan bəhs edib. Qüds məsələsində “iki dövlətli model”in davamlı sülh üçün yeganə yol olduğunu bildirib.
Görüşdə maraqlı dialoq da yaşanıb.
Çavuşoğlu Lapidi Türkiyəyə səfərə dəvət edib. Lapid də “dönər-kabab olacaqsa, gələrəm” deyə zarafatla cavab verib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

