Dünya
Ukrayna komandası “Avroviziya” mükafatını satdı
Builki “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Ukraynanın “Kaluş Orkestri” qrupu kristal mikrofon mükafatını 900 min dollara satıb.
Publika.az xəbər verir ki, bu barədə qrup “İnstaqram”da məlumat yayıb.
Mükafat ukraynalı teleaparıcı və könüllü Sergey Pritulanın xeyriyyə fondu tərəfindən təşkil edilən hərraca çıxarılıb. Kristal mikrofonun alıcısı Ukrayna kriptovalyuta birjası olub.
Musiqiçilər bütün gəlirləri Ukrayna ordusuna bağışlamağı planlaşdırırlar. Satışdan əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək üç təyyarə və yerüstü idarəetmə stansiyasından ibarət pilotsuz uçuş aparatları kompleksinin alınmasına sərf olunacaq.
Musiqiçilər ianənin toplanmasına kömək edən hər kəsə öz minnətdarlığını bildirib.
Xatırladaq ki, qrup müsabiqədə taxdığı çəhrayı panamanı da hərraca çıxarmışdı. Onu 1000 qrivniyə (57 manat) Çexiyadan olan bir şəxs alıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































