Dünya
Ərdoğan: "Türkiyə Qafqazda sabitləşdirici aktordur"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün məqalə yazıb.
Publika.az">Publika.az xəbər verir ki, dövlət başçısı məqaləsində Türkiyənin Qafqaz və Qara dəniz regionunda sabitləşdirici və müsbət aktord olduğunu vurğulayıb.
R.T.Ərdoğan Ukraynadakı müharibənin mövcud qaydalara əsaslanan dünya nizamına, böyük güc rəqabətinə və Avro-Atlantik təhlükəsizliyə meydan oxuduğunu və prosesin həm də tarixin ən böyük hərbi ittifaqı olan NATO-nun aktuallığını əvvəlki mövqeyinə qaytardığını qeyd edib. Türkiyənin 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvü olduğunu qeyd edən R.T.Ərdoğan Türkiyənin 1952-ci ildə alyansa qoşulduğunu, azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun göndərdiyini bildirib. Türkiyə prezidenti əlavə edib ki, ölkəsi Qafqaz və Qara dəniz regionunda stabilləşdirici və müsbət aktordur, NATO missiyaları çərçivəsində Türkiyə hərbçiləri Kosovodan Əfqanıstana kimi dünyanın müxtəlif yerlərində əməliyyatlarda iştirak edirlər.
RT.Ərdoğan Türkiyənin müdafiə sənayesinə milyardlarla dollar sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirdiyini, bu əlavə imkanlarla istehsal olunan məhsulların Ukrayna da daxil olmaqla müxtəlif döyüş bölgələrində ciddi təsir göstərdiyini vurğulayıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)