Dünya
Belarus yeni savaşa hazırlaşır?: 20000 “ölüm jetonu” sifariş verildi
Ukraynada cərəyan edən hadisələrin fonunda Belarusun dövlət satınalma xidmətinin saytında yerləşdirilən yeni təklif çoxlu suallar yaradıb. Belə ki, Belarus Müdafiə Nazirliyi əsgərlərin ölümündən sonra tanınmasını təmin edən şəxsi jetonlar üçün tədarükçü axtarır.
Publika.az xəbər verir ki, sifarişin həcmi 20.000 (!) ədəd jetondur. Tender üçün nazirlik tərəfindən buna 10.800 belarus rublu (təxminən $4370) vəsait ayrılıb.x
“Беларускі Гаюн” fəallarının monitorinq qrupunun aşkara çıxarıdığı faktların sırasında sifarişə dair texniki tələblər də yer alıb: jetonlar küncləri yuvarlaqlaşdırılmış düzbucaq formasında və alüminiumdan hazırlanmalıdır; üzərində isə "ВС Беларуси" (Belarus Silahlı qüvvələri) yazısı, seriya indeksi, nömrə, həmçinin qan qrupları və onların rezus-faktor cədvəli yer almalıdır.
src="/storage/files/upload/bel-2-3308221628.jpg" class="fr-fic fr-dii">
Maraqlıdır ki, Belarus ordusunda bu tip jetonlar yalnız müqaviləli həqiqi hərbi xidmətçilərə və... ehtiyatda olan zabitlərə veriləcək. 2019-cu ilə olan məlumata əsasən, Belarus Silahlı qüvvələrinin şəxsi heyətinin yalnız 25%-i müqaviləli hərbçilərdir və bu rəqəm kvotaya əsasən hər il 1000 nəfərə qədər artıb. Monitorinq qrupunun fikrincə, hazırda nazirlik tərəfindən sifariş edilən jeton sayı tələb olunandan 2 dəfə çoxdur. Yəni, Belarus faktik olaraq gizli şəkildə hansısa növbəti hərbi avantüraya hazırlaşır.
Güman etmək olar ki, o Rusiyanın Pribaltika dövlətlərinə qarşı hibrid təxribatının bir elementinə, məsələn 1939-cu ildə faşistlər tərəfindən gerçəkləşdirilən Qleyvits (Gleiwitz) əməliyyatının müasir analoqunun təşkilatçısına çevrilə bilər. Nəticədə Kalininqraddan Belarusa qədər olan 65 kilometrlik Suvalki dəhlizi (Suwalki Gap) bağlana, Latviya/Litva/Estoniya mühasirəyə düşərək, rus ordusu ilə təkbətək qala bilər.
Hərbi ekspert İqor Korotçenko bu cür əməliyyatın keçirilməsini hələ Ukrayna müharibəsindən öncə anons etmişdi. Onun siyasi əsaslandırılması (casus belli: Belarusa "hücum") və rekivizitləri (hərbi jetonlar) isə hazırlanmaqdadır... ("Azvision")
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz






























