Dünya
Moskvadan DÜNYAYA MESAJ: çalxalanma başladı, yeni format yaranır
"Dünyada ABŞ-ın rəhbərlik etdiyi mövcud G7-yə alternativ olacaq yeni G8-in formalaşması üçün şərait yaradılıb".
Publika.az">Publika.az "Ridus"a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Vaşinqton və onun müttəfiqləri tərəfindən mövcud iqtisadi münasibətlərin pozulması dünyada yeni artım nöqtələrinin formalaşmasına səbəb oldu", - Volodin qeyd edib.
O bildirib ki, G7 ölkələrinin iqtisadiyyatları Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ağırlığı altında çalxalanır:
"ABŞ-da 2022-ci ilin birinci rübündə ÜDM 1,5% azalıb, inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çataraq 8,6% təşkil edib.
Eyni zamanda, sanksiya müharibələrində iştirak etməyən böyük ölkələr ÜDM-in PPP üzrə G7-ni 24,4% qabaqlayır.
ABŞ öz əlləri ilə Rusiya və onunla bərabərhüquqlu dialoq qurmaq istəyən ölkələri: Çin, Hindistan, İndoneziya, Braziliya, Meksika, İran və Türkiyənin daxil olacağı yeni G8-in formalaşması üçün şərait yaratdı.".
Xatırladaq ki, “Yeddilik Qrupu”na (G7) ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya daxildir.
1997-2014-cü illərdə Rusiya qrupa qoşulduqdan sonra G7 G8 adlandırıldı. Bu format 2014-cü ilin yayında, Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra fəaliyyətini dayandırdı.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























