Dünya
Avropa Parlamentinə cavabımız sərt olacaq - Kobaxidze - FOTO
"Əgər Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar edərək Saakaşvili və Qvaramiyanı buraxın, desələr və İvanişviliyə qarşı sanksiyalar barədə düşünmək qərarına gəlsələr, bu zaman bizim reaksiyamız sərt olacaq".
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze Avropa Parlamentinin qətnaməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, bunun nəticəsini əvvəlcədən təsəvvür etmək çətindir:
“Düşünürəm ki, bu, praktikada həyata keçirilməyəcək, lakin nəzəri olaraq təsəvvür etsək və Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, bunun nəticəsini əvvəlcədən təsəvvür edə bilmərəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bizi Saakaşvili və Qvaramiyanı azad etməyə, Avropa Şurasının isə Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq etməyə səsləyib. Əgər Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, Saakaşvili və Qvaramiyanı buraxın - desələr və İvanişviliyə qarşı sanksiyalar barədə düşünmək qərarına gəlsələr, bu zaman əlbətdə ki, bizim reaksiyamız sərt olacaq", - deyə Kobaxidze bildirib.
Xatırladaq ki, ötən həftə Avropa Parlamenti Gürcüstanla bağlı 18 bənddən ibarət qətnamə qəbul edib. Qətnamədə media azadlığının təmin olunması, Saakaşvilinin azad olunması, İvanişviliyə sanksiya tətbiq edilməsi kimi bir sıra çağırılşar qəbul edilib.
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO











.jpg)






















