Dünya
Kobaxidze: "Müxalifət yenidən iğtişaşlara cəhd göstərəcək"
"Avropa İttifaqı tərəfindən ədalətli qərarın veriləcəyinə dair optimist gözləntilərimiz və inamımız var, lakin bunun əksi olsa müxalifət yenidən iğtişaşlara cəhd göstərəcək".
Publika.az xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze, Avropa İttifaqının Gürcüstana namizəd statusunu verib verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, iyunun 20-də “Vahid Milli Hərəkat”ın mitinqi olacaq və bu onlar üçün təlim olacaq:
"Bizim optimist gözləntilərimiz və inamımız var ki, Aİ tərəfindən ədalətli qərar veriləcək, lakin mən bu gün ikinci, praktiki versiya haqqında danışmaq istəmirəm. Sadəcə müxalifətin planını deyə bilərəm ki, bu iğtişaş cəhdi olacaq, Bakuriani ssenarisinin həyata keçirilməsi olacaq. İyunun 20-də “Milli Hərəkat”ın mitinqi olacaq, bu onlar üçün təlim olacaq, sonra yəqin ki, qərar açıqlananda planlaşdırıb, müdaxilə etməyə, iğtişaş törətməyə çalışacaqlar".
O həmçinin namizəd statusunun üstünlüyünün olmadığını da qeyd edib:
“Namizəd statusu belə praktiki baxımdan heç nə vermir, bununla bağlı açıqlamamız olub, əlavə olaraq bir avro belə artıq pul vermirlər, çünkü namizəd statusu ilə bağlı əlavə maliyyənin ayrılması nəzərdə tutulmur. Üzvlük statusunun verilməsi müddəti baxımından da perspektiv heç bir şəkildə dəyişmir, namizəd statusun var deyə 5, 10 və ya 15 ilə üzvlük statusunu verəcəklər deyə bir qərar yoxdur", - deyə Kobaxidze bildirib.
-
İnanc07:15Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video
-
ABŞ03:19Trampın adı bu binadan silinəcək
-
Magazin101:40Azərin "Türklər gəlir"i oxudu, Ərdoğan müşayiət etdi - Video
-
ABŞ00:27Ağ Evdəki iclas yekunlaşdı: Trampın qərarı...
-
Ekologiya29 May 23:05Bakı sakinlərinə xəbərdarlıq
-
MDB29 May 22:48Rusiya Avropa ilə müharibəyə hazırlaşır? - Putin açıqladı
-
Region29 May 21:15Türkiyədə yüzdən çox turisti daşıyan gəmi batdı - Foto/Video
-
ABŞ29 May 19:51Tramp komandasını topladı: İranla bağlı son qərar veriləcək






























