Dünya
Putin Yanukoviçə qarşı sui-qəsdi niyə saxladı? - Polkovnik SİRLƏRİ açdı
“Ukraynada vətən xaini hesab olunan ölkənin sabiq prezidenti Viktor Yanukoviçin Rusiyada öldürülməsi planlaşdırılırdı. O zaman Yanukoviç az qala Putinin düşməni elan edilmişdi”.
Publika.az xəbər verir ki, bunu Dövlət Dumasının keçmiş deputatı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Qennadi Qudkov jurnalist Dmitri Qordona müsahibəsində deyib.
“Mənə dedilər ki, onun fiziki olaraq aradan qaldırılmasına hazırlıq gedir. Yadınızdadırsa, elə bir məqam var idi ki, onu ancaq Rusiya televiziyasında, mətbuatında tənbəllər təpikləmirdi. Bəzi kiçik məmurlar da onu təhqir etdilər... Putinin adamları Kremlin ətrafına qaçıb qışqırırdılar: “Vitya bizi atdı”, “Vitya bizi ruhdan saldı”, “Vitya bizə xəyanət etdi”. Və sonra, əgər xatırlayırsınızsa, hər şey bir anda, bir gündə dayandı. Çünki Yanukoviç bağışlanmışdı. Putin qərara gəldi ki, onlar hələ də Yanukoviçə ehtiyac duyurlar. Əgər Ukrayna ilə bağlı proseslər hər hansı bir şəkildə yolunda gedərdisə, ölkəyə kim təyin olunacaqdı?” - polkovnik qeyd edib.
Qudkov əlavə edib ki, Ukraynadakı inqilablar Putini qorxuya salıb və o, Yanukoviçin hakimiyyətə gəlməsi üçün hər şeyi edib.
“Putin Ukraynanı gələcək “Rusiya imperiyası”nın əsas həlqəsi hesab edirdi. Və o, 2004-cü ildə narıncı inqilabdan, Viktor Yuşşenkodan çox narahat idi. Bu, onun üçün olduqca böyük, nəhəng stress idi. Sonra Rusiyada Narıncı inqilabın qarşısını almaq üçün Kremldə ciddi iş başladı. Bu, əsas vəzifə idi. Orada o zaman prezident administrasiyası rəhbərinin müavini Vladislav Surkov sırf Rusiyada narıncı inqilabın Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almaq məqsədilə hərəkətə keçdi. Bir sözlə, Putin Yanukoviçin hakimiyyətə gəlməsi üçün hər şeyi etdi. O, seçiləndən sonra Rusiya Federasiyası onun rejiminə külli miqdarda vəsait göndərməyə davam etdi. Dəqiq rəqəm deyə bilmərəm, amma mənə dedilər ki, bu, 10 milyardlarla dollardır. Onlar Yanukoviç və onun rejiminin gücləndirilməsi ilə bağlı müxtəlif proqramlara köçürülüb” - Qudkov vurğulayıb.
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO















.jpg)






.jpg)


.jpg)











