Dünya
Şri-Lanka prezidenti kütləvi etirazlara görə İSTEFA VERDİ
Kütləvi etirazların başlamasından sonra Şri-Lanka prezidenti Qotabaya Rajapaksa istefa verməyə razılaşıb.
Publika.az "Associated Press"ə istinadla xəbər verir ki, bunu Şri-Lanka parlamentinin spikeri Mahinda Yapa Abeyvardena deyib.
O bildirib ki, parlamentdəki partiya liderlərinin iclasında onun istefasını tələb etmək üçün qəbul edilən qərar barədə Rajapaksaya məlumat verib və prezident razılaşıb.
Rajapaksa hakimiyyətin ötürülməsini təmin etmək üçün iyulun 13-dək Şri-Lankanın prezidenti olaraq qalacaq.
Xatırladaq ki, iyulun 9-da Şri-Lankada hökumət əleyhinə ən böyük yürüşlərdən biri keçirilib .
Nəticədə Kolomboda minlərlə nümayişçi polis barrikadalarını aşaraq prezidentin rəsmi iqamətgahına soxulub.
KİV-in məlumatına görə, prezident Qotabaya Rajapaksa etirazçılar içəri girməmiş iqamətgahı tərk edə bilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

































.jpg)
.jpg)
