Dünya
YENİ MÜHARİBƏ TƏHLÜKƏSİ: ABŞ bunu etməsə, Rusiya və Çin...
Rusiya və ABŞ arasında soyuq müharibə Moskvanın "Belqorod" sualtı qayığından istifadəsinə görə başlaya bilər.
Publika.az xəbər verir ki, bunu CNN yazır.
Sualtı qayıq "Poseidon" nüvə dronlarını daşıyacaq və ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarına qarşı cəsusluq etmək və izləmək üçün nəzərdə tutulub.
Nəşr qeyd edir ki, "Belqorod" kəşfiyyat avadanlığı ilə təchiz edilmiş səkkizədək “Poseydon” sualtı dronunu daşımağa qadirdir. Sualtı qayığın Rusiya donanmasına yeni imkanlar verəcəyinə inanılır.
Hesabatda deyilir ki, növbəti onillikdə bu, Rusiya və Amerika sualtı qayıqlarının bir-birini ovladığı zaman su altındakı Soyuq Müharibə təcrübəsinə qayıdışa səbəb ola bilər .
Bundan əvvəl köşə yazarı Çarlz Kupçan “The National Interest” jurnalında yazıb ki, ABŞ Rusiya və Çin yeni Soyuq Müharibədə qalib gəlmək istəyirlərsə, onlar arasında ixtilaf yaratmağa çalışmalıdır. Onun fikrincə, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı Qərbin Rusiya-Çin alyansı ilə üz-üzə qalacağı, həm də güclənmiş Şərqlə hesablaşmaq məcburiyyətində qalacağı “idarəolunmaz” çoxqütblü dünyanın gəlişini sürətləndirdi.
Kupçan yeni əməkdaşlıq formaları və qlobal problemlərin həlli yollarını axtarmaq, rejimdən asılı olmayaraq dövlətləri danışıqlar masası arxasına çəkmək, həmçinin “idealist ambisiyaları” mötədilləşdirmək və real siyasət kursuna qayıtmaq zərurətini açıqlayıb.
Hüseyn İbadlı
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 12 Oktyabr 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO

















.jpg)















