Dünya
Yaponiya əcnəbi turistlər üçün qaydaları DƏYİŞİR
Yaponiya Turizm Agentliyi gələn həftədən başlayaraq əcnəbi turistlərin ölkəyə gəlişinə icazə verilməsi ilə əlaqədar qaydalara yenidən baxır.
Publika.az xəbər verir ki, hökumət sentyabrın 7-dən başlayaraq bütün ölkələrdən olan turistlərin gəlişinə icazə verib. Həmin tarixdən başlayaraq səyyahlar müstəqil şəkildə öz marşrutlarını müəyyənləşdirsələr də, turizm agentlikləri onları ölkədə olduqları müddətdə rabitə vasitələri ilə təchiz etməlidirlər.
Bununla yanaşı, hökumət turizm agentliklərindən kənar səfərlərini təşkil etmək istəyən turistlərə ölkəyə gəliş icazəsi verməyəcək. Həmçinin səyahətin istiqaməti əvvəlcədən müəyyən olunacaq. Lakin tezliklə turistlərə görməli yerlərə səfərlər üçün öz cədvəllərini və gün ərzində qidalanma saatını müəyyən etmək hüququ veriləcək.
Turizm agentlikləri turların təşkili ilə bağlı məsuliyyət daşıyacaqlar və turistlərdən telefon nömrələrini və ya digər əlaqə məlumatlarını almalıdırlar. Həmçinin agentliklər turistlərdən yoluxma ilə bağlı qaydalara əməl etməyi, üz üçün maskalardan istifadəni tələb etməlidirlər.
Yaponiya Turizm Agentliyinin məlumatına görə, iyundan başlayaraq sərhədlər turistlər üçün açıldıqdan sonra əcnəbi turistlərin heç birində COVID-19 aşkar edilməyib. Agentlik bəyan edib ki, yoluxma ilə əlaqədar mübarizənin yüksək səviyyədə təşkili sayəsində o, ölkəyə gələn əcnəbilərin sayının artmasına nail olmaq niyyətindədir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






















.jpg)







.jpg)


