Dünya
Kikboksinq millimiz tarixi uğura imza atdı
Azərbaycanın kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millisi tarixi uğura imza atıb.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən Publika.az verilən məlumata görə, İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə milli komanda daha 1 qızıl medal qazanıb.
Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. O, kikboksinqin "Low kick" versiyasının 60 kq çəki dərəcəsində türkiyəli Mustafa Soner Kılınça qalib gələrək, ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Həmçinin, bu gün Vüqar Məmmədov "Low kick" (-60 kq) və Akif Quluzadə K1 (-57 kq) versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisi tarixi nəticəyə imza atıb. Bunlardan 20 idmançı Bakıya medalla dönəcək. Həmin medalların əyarı 7 qızıl, 6 gümüş və 7 bürünc medaldır. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.
Bir daha xatırladaq ki, yeniyetmə və gənc dünya çempionlarımız bunlardır: Murad Gəncəliyev (K1, -45 kq), Rafiq Babazadə (K1, -48 kq), Sübhan Məmmədov (low kick, -45 kq), Ramal Zeynallı (low kick, -48 kq), Elvin Məmmədov (low kick, -54 kq), Amin Quliyev (low kick, -60 kq), Nizami Əliyev (kick light, -32 kq).
Rinat Qiyasov (low kick, -45 kq), Renat Qiyaslı (low kick, -51 kq), Vüqar Məmmədov (low kick, -60 kq), Akif Quluzadə (K1, -57 kq), Əli Cəfərli (full contact, -54 kq) Kənan Cəfərli (kick light, -57 kq) gümüş, Şükür Aslanlı (low kick, -42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (low kick, -63,5 kq), Səfərəli Vəhədov (low kick, -71 kq), Gülməmməd Səfərli (low kick, +81 kq), Elton Hüseynov (low kick, +91 kq), Murad Məmmədov (full contact, -60 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ


































