Dünya
Bu qaz kəməri Avropanın enerji müstəqilliyini təmin edəcək
Bir ildən az müddətdə dünyanın ən uzun sualtı qaz kəməri olan Nigeriya-Mərakeşin tikintisinə başlanacaq.
Publika.az xəbər verir ki, Nigeriya-Mərakeş qaz kəməri layihəsi vasitəsilə Afrika qazının tədarükü Avropanın enerji müstəqilliyini təmin edəcək, bu da onun strateji suverenliyi üçün zəruri ilkin şərtdir.
Bu barədə Yeni Cənubi Siyasət Mərkəzinin (PCNS, Rabat) baş elmi işçisi Camal Makrux bildirib.
C.Makrux qeyd edir ki, Avropa Nigeriya-Mərakeş qaz kəmərinin tikintisində strateji marağa malikdir və bu, Avropa ölkələrinin qaz ehtiyatlarının şaxələndirilməsinə səmərəli töhfə verəcək. Boru kəməri, xüsusilə, Avropanın Rusiya qazından asılılığını təhlükəli iqlim nəticələri ilə qeyri-ənənəvi enerji mənbələrindən asılılıqla əvəz etmək riskini azaldacaq və həmçinin Qərbi Afrika regionuna inteqrasiyanı stimullaşdıracaq ki, bu da öz növbəsində Avropa iqtisadiyyatı üçün geniş və faydalı istehlak bazarına çevriləcək.
Nigeriya dünyada ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına malik ölkələrin reytinqində yeddinci yeri tutur.
Uzunluğu 5600 kilometr olan Nigeriya-Mərakeş qaz kəməri işlənmə və hazırlanma mərhələsindədir. Layihənin məqsədi qaz ehtiyatlarının Nigeriyadan Mərakeşə on üç Qərbi Afrika ölkəsi vasitəsilə nəqlini nəzərdə tutur. Boru kəməri Niger Deltasındakı Brass adasından başlayacaq, Mərakeşin şimalında başa çatacaq və orada Əlcəzairi Mərakeş vasitəsilə İspaniyaya birləşdirən mövcud Avropa Mağrib boru kəmərinə birləşdiriləcək.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































