Seulda FACİƏ: ölənlərin sayı 153-ə çatdı, çox sayda yaralı var - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Seulda FACİƏ: ölənlərin sayı 153-ə çatdı, çox sayda yaralı var - YENİLƏNDİ

Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Ölənlər arasında 97 qadın var.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

xxx

06:16

Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.

“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.

xxx

23:31 - 29.10.22

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı bildirilirdi.

Daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Han Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Agentliyin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

xxx

22:31

Cənubi Koreyanın Seul şəhərində Hellouin şənliyində baş verən ölümcül izdihamda ən azı 59 nəfər ölüb.

Bu barədə Publika.az "Yonhap"a istinadən xəbər verir.

Xilasedicilərin verdiyi açıqlamaya görə 59 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

Xatırladaq ki, bir qədər əvvəl Seulda kütləvi izdihamdan sonra xilasedicilərin ürək tutması vəziyyətində olan 100-dən çox qurbanı aşkar etdiyi bildirilmişdi . Faciə 100.000-ə yaxın insanın məşhur turizm bölgəsində Halloween bayramını qeyd etdiyi vaxt baş verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm