Dünya
Professor qızlara görə diplomlarını cırdı
Kabildən olan professor Talibanın qadınların ali təhsil almasına qadağa qoymasına etiraz olaraq Əfqanıstanda canlı televiziyada öz diplomlarını cırıb.
İsmayıl Məşəl Kabildəki özəl Məşəl Universitetinin təsisçisidir və eyni zamanda Kabil Universitetində dərs deyir.
Publika.az xəbər verir ki, o, göz yaşları içində və titrək səsi ilə “Tolo News”da çıxış edərkən diplomları cırmağa başlayıb.
“Bu gündən mənə bu diplomlar lazım deyil, çünki bu ölkədə təhsilə yer yoxdur. Əgər bacım və anam oxuya bilmirsə, mən bu təhsili qəbul etmirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Taliban dekabrın 20-də bütün qız tələbələr üçün universitet təhsilinin dayandırıldığını elan edib. Bu, hökumətin bu ilin martında qızların orta məktəbə getməsinə qadağa qoymasından sonra baş verib.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























