Dünya
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması araşdırılır
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Dövlət Departamentindən 2021-ci ildə qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı sənədləri qanunvericilərə təqdim etməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Maykl Makkol Dövlət Departamentinə ünvanladığı sorğuya cavab vermək üçün yanvarın 26-dək vaxt verib. Gecikmə halında Komitə sorğuların icrası üçün öz səlahiyyətlərindən istifadə edəcək. Bundan əvvəl ABŞ-da Co Baydenin qoşunları Əfqanıstandan çıxarması ilə bağlı yeni araşdırmalara başlanıldığı bildirilirdi.
Pentaqon, Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti, Səhiyyə və İnsan Xidmətləri Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin prezident administrasiyası ilə bağlı öz təhlillərini apardıqları bildirilir.
Bundan əvvəl respublikaçı deputat Lauren Bobert Amerika qoşunlarının Əfqanıstandan çıxarılması zamanı yol verdiyi səhvlərə görə Birləşmiş Ştatların prezidenti Co Baydenin istefasını tələb etmişdi.
Ayşən
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)