Dünya
Rusiyanı Avropa bazarında kim əvəz edəcək?
Fevralın 5-də Aİ-nin Rusiya neft məhsullarına embarqosunun qüvvəyə minməsindən sonra, Rusiya neftini aktiv şəkildə alan Hindistan tərəfindən Avropaya dizel yanacağı tədarükü artırılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Hindistan şirkətləri Avropa bazarında Rusiyanı əvəz edə biləcək təchizatçılar siyahısında yer almağa çalışırlar. "Vortexa"nın məlumatına görə, dekabr ayında Aİ-nin Rusiya neftinin dəniz daşımalarına tətbiq etdiyi embarqo qüvvəyə mindiyi zaman Hindistan Rusiyadan əsasən özəl neft emalı zavodları tərəfindən alışını 24 faiz artırıb.
Vəziyyət dünya bazarına xammal tədarükünü saxlamağa imkan verəcək, lakin nefti endirimlə satmaq məcburiyyətində qalacaq.
Çin müəssisələri də eyni sxem üzrə işləyəcəklər. Analitiklər hesab edirlər ki, bu ilin birinci yarısında Çindən Avropaya dizel yanacağının ixracı sutkada 400-600 min barel yanacaq təşkil edəcək.
Aİ-nin neft məhsullarının dəniz yolu ilə tədarükünə dair embarqosu neft məhsulları üçün qiymət tavanı ilə birlikdə qüvvəyə minəcək, hansı səviyyədə olması hələ də müzakirə olunur.
KİV-in məlumatına görə, bunlar iki məhdudiyyətdir - dizel yanacağı kimi yüksək dəyəri olan ixrac malları və mazut kimi dəyəri aşağı olan mallar üçün. Yəqin ki, neftin qiymətinin tavanı məsələsində olduğu kimi, məhdudiyyətlərin ölçüsü də son anda açıqlanacaq.
Ayşən
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO






























.jpg)

.jpg)