Dünya
Təkamül tərsinə çevrilə bilər?
Təkamül, bir ahtapotun neyronla örtülmüş qollarından məməlinin qulağına qədər heyrətamiz dərəcədə mürəkkəb orqanizmlər yaradıb... Bəs görəsən, təkamül nə vaxtsa geri dönə, mürəkkəb varlıqları əvvəlki, daha sadə formalarına qaytara bilər?
Publika.az xəbər verir ki, Merilend Universitetinin bioloqu Uilyam Cefferi bu suala cavab olaraq "Live Science"a bildirib ki, eyni lentin (təkamül dəyişikliyi - red.) eyni şəkildə tərsinə çevrilmə şansı çox azdır.
Məlumata görə, alimlərin araşdırmalarında təkamül prosesinin reqressiya zamanı öz addımlarını təkrarlamadığı qeyd olunur.
Bildirilir ki, mağara sakinləri də tez-tez qaranlıq mühitdə lazım olmayan gözlər kimi mürəkkəb xüsusiyyətlərini itirərək, zahirən reqressiv təkamülə məruz qalırlar. Ancaq məsələn, mağara balıqlarında gözlərin itirilməsi bu orqanlar olmadan ibtidai əcdadın dəqiq qayıdışı demək deyil.
Ontariodakı McMaster Universitetinin bioloqu Brayan Qoldinq isə "Live Science"a bildirib ki, təkamülün öz addımlarını təkrarlamamasının səbəblərindən biri də uyğunlaşmaların fərqli dəyişikliklərə gətirib çıxarmasıdır.
"Bu, sadəcə olaraq müəyyən bir dəyişikliyi ləğv etməyi olduqca çətinləşdirir", - deyə o vurğulayıb.
Ayşən
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






























