Dünya
Kartof kəskin bahalaşdı - VİDEO
Bir neçə gün əvvələ qədər 60 qəpiyə təklif edilən kartofun qiyməti indi 2 manata qədər artıb. Halbuki bu məhsul adətən yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında cüzi bahalaşırdı. Yaza isə 2 aya qədər vaxt var.
Publika.az xəbər verir ki, paytaxtda insanların ən çox üz tutduğu “Yaşıl bazar”da yerli kartofu hətta iki manata da tapmaq olur. Satıcıların sözlərinə görə, bahalaşma bir necə gündür ki, müşahidə olunur.
Bu bazardakı satıcılar qiymət artımının daha çox yerli kartofda müşahidə olunduğunu bildirirlər. Ümumiyyətlə isə yerli kartofların içərisində ən bahalısı Gədəbəydən gəlmələr hesab olunur.
Alıcılar da bazarlarda bahalığın olduğunu bildirirlər.
Paytaxtın fərqli istiqamətində, “8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Bu bazarda bahalaşma daha çox xaricdən gələn kartoflarda müşahidə olunur. Bazara ən çox kartof Rusiya, Belarus, Türkiyə və İrandan gətirilir.
Maraqlısı budur ki, xarici kartofda bahalaşma olsa da, yerli məhsulun qiymətində artım yoxdur.
Satıcılar qeyd edirlər ki, yaya doğru havalar isindikcə kartofun qiyməti enəcək.
"Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)


















.jpg)
.jpg)
