Dünya
Pensiya yaşı 64-ə qaldırılır: Əhalinin 72 faizi...
“Fransalıların 72%-i hökumətin təklif etdiyi pensiya yaşının artırılmasını nəzərdə tutan pensiya islahatından narazıdır”.
Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" keçirdiyi sorğunun nəticələri haqqında yazır.
Sorğu, həm islahat ideyasından narazılığın, həm də ona qarşı etirazlara dəstəyin artdığını göstərib.
Rəyi soruşulanların 72%-i islahat layihəsinin əleyhinədir. Bu, bir həftə əvvəllə müqayisədə 6%, iki həftə əvvəlkindən isə artıq 13% çoxdur. Onlardan 40% "kəskin əleyhinədir" və belə respondentlərin nisbəti son iki həftə ərzində 15% artıb.
Bildirilir ki, əmək qabiliyyətli əhali qrupuna aid olan respondentlərin 78%-i islahatın əleyhdarlarıdır. Artıq təqaüdə çıxanların 59%-i də buna qarşıdır. Bu, bir həftə əvvəldən 13% çoxdur.
Makronun tərəfdarlarının 68%-i layihə ilə razıdır. Jan-Lyuk Melenşonun tərəfdarlarının 88, Marin Le Pen tərəfdarlarının isə 82%-i islahat əleyhinədir. İslahatın əleyhinə olanların 80%-dən çoxu deyir ki, onun məzmununa qarşıdır.
Xatırladaq ki, cümə axşamı, yanvarın 19-da Fransanın müxtəlif şəhərlərində pensiya islahatlarına qarşı etiraz aksiyaları 1,1 milyondan 2 milyona qədər iştirakçı toplayıb, həmkarlar ittifaqları və solçu partiyalar onları davam etdirməyi planlaşdırır. Eyni zamanda, hökumətin hələlik layihəni dəyişmək planı yoxdur.
Təklif olunan islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Hökumət israr edir ki, əhalinin qocalması və gözlənilən ömür uzunluğunun uzanmasını nəzərə alsaq, bu, mövcud sistemin həyat qabiliyyətini təmin etməyin yeganə yoludur.
Ayşən
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






