Dünya
Süni intellekt çıxış hazırladı: Hökumətə təklif verdi, xəbərdarlıq etdi
İsrail Knessetində ilk dəfə olaraq ChatGPT söhbət botundan istifadə edərək yazılmış bir çıxış səsləndirilib.
Publika.az-ın verdiyi məlumata görə, süni intellektin tərtib etdiyi nitqlə müxalif mərkəzçi “State Camp” blokunun deputatı Şaren Haskel çıxış edib.
O, çıxışını yeni hökumətin məhkəmə islahatları aparmaq planlarına qarşı müxalifətin etirazları fonunda İsrail cəmiyyətində kəskinləşən parçalanmaya həsr edib. Siyasətçi, Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetini “hətta proqram təminatının artıq bildiyi dərsləri öyrənməyə” çağırıb.
Haskell üçün tərtib edilmiş mətndə ChatGPT neyron şəbəkəsi ölkədə mövcud vəziyyətin təhlükəsi barədə xəbərdarlıq edib. “Demokratiyanın gücü üçün nəticələr dağıdıcı ola bilər. Müxtəlif qrupların qütbləşməsi və yadlaşması çox güman ki, zorakılığa və fiziki qarşıdurmaya gətirib çıxarar”, - mətndə deyilir.
Sonda böhrandan çıxmaq üçün Çatbot ideyalar təqdim edib: millətin birliyinə diqqət yetirmək, müxtəlif siyasi düşərgələr arasında dialoqu və əməkdaşlığı dəstəkləmək, təhsili inkişaf etdirmək və müxtəlif məqamlara rəğbətlə yanaşmaq lazımdır".
Qeyd edəkm ki, ChatGPT 2022-ci ilin sonunda istifadəyə verilib. Xidmət, istifadəçi ilə interaktiv rejimdə qarşılıqlı əlaqə qurur, əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yersiz sorğuları rədd edə bilər. Bütün dünyada tələbələr Çatbotdan, imtahan vermək və akademik məqalələr hazırlamaq üçün istifadə etdikdən sonra OpenAI-nin inkişafı tənqid edilib.
Ayşən
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi





























.jpg)

.jpg)